AZ   |   RU
İsrail ordusu Suriyanın Dəməşqdəki Baş Qərargah kompleksinə zərbələr endirib

İsrail Müdafiə Qüvvələri (İDF) Suriyanın Dəməşqdəki Baş Qərargahının giriş qapısına zərbə endirdiyini bildirib.

Missiya.Az 
xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.


"İDF Dəməşq bölgəsində Suriyanın Baş Qərargahının giriş qapısına hücum edib. İsrail ordusu Suriyanın cənubunda dinc sakinlərə qarşı baş verən hadisələri və hərəkətləri izləməkdə davam edir. Siyasi rəhbərliyin göstərişlərinə uyğun olaraq, müxtəlif ssenarilərə hazırlıq məqsədi ilə əraziyə hücum edir", - deyə İDF-nin məlumatında qeyd olunub.



Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 14:22