AZ   |   RU
“Patriot” kompleksləri üçün raketlər artıq Ukraynaya çatdırılır” - Tramp

“Patriot” zenit-raket kompleksləri üçün raketlər artıq Ukraynaya çatdırılır”.


Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Endryus Hərbi Hava Qüvvələri bazasında jurnalistlərin Ukraynaya silah tədarükü ilə bağlı suallarını cavablandırarkən deyib.


Onun sözlərinə görə, raket kompleksləri Almaniyadan Ukraynaya göndərilir.


Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putin indiyə qədər etdiyi hərəkətlərin sözləri ilə ziddiyyət təşkil etməsinə baxmayaraq, Ukraynadakı müharibəni bitirmək istəyir.


"Kreml rəhbəri tez-tez sülh istədiyini deyir. Məncə də o sülh istəyir və ümid edirəm ki, o müharibəni bitirəcək, biz bunu tezliklə öyrənəcəyik", - deyə Amerika Prezidenti əlavə edib.


Tramp sülh razılaşması əldə olunmayacağı təqdirdə Rusiyaya tətbiq olunacaq sanksiyaların təfərrüatlarını açıqlamaqdan imtina edib, lakin qeyd edib ki, sanskiyalar çox güclü olacaq.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 10:49