AZ   |   RU
Dünyanın ən yaşlı marafonçusu qəza nəticəsində öldü

Dünyanın ən yaşlı marafonçusu, 100 yaşından sonra yarışlara davam edən Fauja Sinq Hindistanda yol qəzasında dünyasını dəyişib.

Missiya.Az
xəbər verir ki, bu barədə CNN məlumat yayıb.


Hindistanın şimal-qərbindəki Pəncab əyalətindəki Bias kəndi yaxınlığındakı yolda gedərkən naməlum avtomobil 114 yaşlı Sinqə dəyib.

O Jalandhar rayonundakı Şrimann Xəstəxanasına aparılıb, orada başından və qabırğasından aldığı xəsarətlərdən dünyasını dəyişib.

Polis gözdən itən avtomobilin kimə aid olduğu ilə əlaqədar araşdırma aparır.


Qeyd edək ki, Fauja Sinq 1911-ci ildə Hindistanın kəndlərində doğulub və sonra Londona köçən Sinq 1980-ci illərin sonlarında marafon qaçışı ilə məşğul olduqdan sonra "Turbanlı Tornado" ləqəbini qazanıb. Sinq marafonlara yalnız 89 yaşında həyat yoldaşı və oğlunun ölümündən sonra İngiltərəyə köçdükdən sonra başlayıb.


Zərintac Mayisqızı
Missiya.Az



  • Dünən, 15:27