
Bu gün Azərbaycanın Milli Qəhrəmanları - Polad Həşimov və İlqar Mirzəyevin anım günüdür.
Missiya.Az igidlərimiz barədə məlumatı təqdim edir:
1. Milli Qəhrəman, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Polad Həşimov 1975-ci il yanvarın 2-də Qutqaşen rayonunun (hal-hazırda Qəbələ rayonu) Vəndam qəsəbəsində dünyaya gəlib.
2020-ci il iyulun 12–16-da baş verən döyüşləri idarə edən igidimiz iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhadətə ucalıb. Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır.
Qeyd edək ki, buna qədər İsmət Qayıbov və Məhəmməd Əsədov 1991-ci ilin noyabrda Mİ-8 N72-nin vurulması nəticəsində şəhadətə ucalmışdı.
2. Milli Qəhrəman, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki İlqar Mirzəyev 1973-cü il mayın 8-də Qardabani şəhərində doğulub, milliyyətcə azərbaycanlı olub.
2020-ci il iyulun 12–16-da baş verən döyüşlər zamanı İlqar Mirzəyev iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində 3-cü Ordu Korpusunun Komandir müavini general-mayor Polad Həşimov və tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olub.
Zərintac Mayisqızı
Missiya.Az