AZ   |   RU
Trampın xüsusi nümayəndəsi Kiyevə səfər edib

ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə səfər edib.


Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Andrey Yermak özünün “Teleqram” kanalında məlumat verib. 


Onun sözlərinə görə, söhbətin mövzuları müdafiə, təhlükəsizliyin gücləndirilməsi, silahlar, sanksiyalar, insanların müdafiəsi, Ukrayna ilə ABŞ arasında əməkdaşlığın gücləndirilməsi olacaq.


"Rusiya atəşi dayandırmaq istəmir. Güc vasitəsilə sülh ABŞ Prezidenti Donald Trampın prinsipidir və biz bu yanaşmanı dəstəkləyirik", - deyə Yermak bildirib.

 

 

Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 10:23