AZ   |   RU
“Çelsi” klublararası dünya çempionatının qalibi oldu

İngiltərənin “Çelsi” klubu klublararası dünya çempionatının qalibi olub.


Missiya.Az xəbər verir ki, ABŞ-də keçirilən turnirin final oyununda zadəganlar Fransanın “PSJ” komandasını 3-0 hesabı ilə məğlub edərək, kuboku başlarının üzərinə qaldırıb.


Xatırladaq ki, “PSJ” 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının, "Çelsi" isə Konfrans Liqasının qalibi olub.


Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp da matçı stadiondan canlı olaraq izləyib.



Daşqın Həsənov

Missiya.Az




  • Bu gün, 01:15