AZ   |   RU
Əfsanəvi sənətkarın 110 illiyi ilə bağlı film çəkilib


110 illik yubileyi münasibətilə dünya şöhrətli müğənni Rəşid Behbudov haqqında yeni sənədli film çəkilib. 



Missiya.Az xəbər verir ki, filmin quruluşçu rejissoru və ssenari müəllifi gənc rejissor Xəyalə Pircanova, operatoru Hüseyn Kərimovdur. 


Yaradıcı heyətdə Günel Ayxan, Pakizə Alıyeva, Firuzə Qurbanlı, Ləman Bağırzadə və Səma Vəliyeva. Bədii rəhbər isə rejissor, pradusser İqbal Məmmədəliyevdir. Sənədli filmdə Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi, Xalq artisti Mübariz Tağıyev və bəstəkar, vokal ustası Qasim Xəlilov sənətkar haqqında xatirələrini də bölüşüblər. 


Film Behbudovun musiqi və səhnə fəaliyyətindən əlavə kamera arxasındakı həyatına – onun şəxsi hobbisi olan fotoqrafiyaya marağından söz açılır.



  • Bu gün, 12:51