AZ   |   RU
Sosial xidmət müəssisələrindəki xidmətlərin keyfiyyətinə nəzarət üçün Monitorinq qrupu yaradılıb

 

Sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənib.

Missiya.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov

qərar imzalayıb.

Qərarla sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarətin həyata keçirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Monitorinq qrupu yaradılıb və ictimai əsaslarla fəaliyyət göstərəcək.

Monitorinq qrupunun tərkibinə ƏƏSMN-nin, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və Bakı Şəhəri İcra Hakimiyyətinin nümayəndələri daxil ediləcək.

Monitorinq qrupunun tərkibinə qrup üzvlərinin təklifi ilə bələdiyyələrin və nizamnamələrinə əsasən sosial xidmət sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri, mütəxəssislər və ekspertlər daxil edilə bilər.




  • Bu gün, 15:05