AZ   |   RU
ABŞ-nin Kiyevə silah tədarükünü bərpa etməsi münaqişənin sülh yolu ilə həllinə mane olacaq - Zaxarova

ABŞ-nin Kiyevə silah tədarükünü bərpa etmək addımı münaqişənin diplomatik yolla həllinə kömək etməyəcək.

Missiya.Az
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuat brifinqində deyib.


Diplomat qeyd edib ki, Vaşinqton əvvəllər silah tədarükünü dayandırmaq qərarını bəyan etsə də, ABŞ rəsmiləri Ukraynaya silah tədarükünün bərpası barədə növbəti dəfə bəyanatlar veriblər.


"Bu cür addımların nəticələri hələ qiymətləndirilməyib. Dəqiq demək olar ki, Kiyevin davamlı olaraq silahla təmin olunması münaqişənin, yumşaq desək, sülh yolu ilə həllini asanlaşdırmır, halbuki beynəlxalq ictimaiyyət, o cümlədən Qərb bunu tələb edir", - Zaxarova vurğulayıb.



Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 14:14