AZ   |   RU
Polat cütlüyünün məhkəmə prosesi noyabrın 12-nə təxirə salınıb

Çirkli pulların yuyulmasında təqsirli bilinərək həbs edilən türkiyəli sosial media fenomenləri Dilan Polat və əri Engin Polatın da olduğu 28 müttəhimin məhkəməsi Anadolu 2-ci Asliye Cəza Məhkəməsində davam edir.

Missiya.Az 
xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.


İttiham olunanların hər birinin 20 ildən 40 ilə qədər həbsi istənilir. Məhkəmədə onların vəkilləri də iştirak edib.

Məhkəmə təqsirləndirilən şəxslərin əmlakları ilə bağlı həbs qətimkan tədbirinin davam etdirilməsi, həmin şəxslərin birinci və ikinci dərəcəli qohumlarının əmlakına qoyulan həbs qətimkan tədbirinin ləğvi barədə qərar çıxarıb. Aparılan müəyyən prosedurlardan sonra növbəti məhkəmənin 12 noyabra təyin olunması istənilib.



Zərintac Mayisqızı
Missiya.Az



  • Bu gün, 15:55