AZ   |   RU
Ermənistan və İran müdafiə nazirləri regionu müzakirə edib

Ermənistanın müdafiə naziri Suren Papikyanla iranlı həmkarı, briqada generalı Əziz Nəsirzadə arasında telefon danışığı olub.


Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, söhbət zamanı tərəflər beynəlxalq və regional təhlükəsizlik, eləcə də ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.


Hər iki tərəf regionda sabitliyin və sülhün möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 16:13