AZ   |   RU
Moskva rusların Ermənistana girişinə qadağa qoyulmasını qeyri-dost hərəkəti kimi qiymətləndirir

"Moskva rusların Ermənistana girişinə qadağa qoyulmasını qeyri-dostluq və düşmənçilik hərəkəti kimi qiymətləndirir".


Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.


Onun sözlərinə görə, bu cür tədbirlər ölkələr arasında ikitərəfli münasibətlərin daha da kəskinləşməsinə və pisləşməsinə səbəb ola bilər. 


Qeyd edək ki, bundan əvvəl Ermənistan Rusiyanın “Fabrika Nastoyaşcheye Morojenoqo” şirkətinin istehsal etdiyi “Korovka iz Korenovka” brendinin dondurmasının idxalını da dayandırıb. 



Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 15:17