AZ   |   RU
Britaniya Türkiyəyə çoxməqsədli döyüş təyyarələri satmaq istəyir – Rəsmi təklif


 Britaniya  hökuməti Türkiyəyə 40 ədəd “Eurofighter Typhoon” çoxməqsədli döyüş təyyarəsi satmaq üçün rəsmi müqavilə təklif edib. 


Missiya.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu təklif Ankaranın hava qüvvələrini təkmilləşdirmək və avropalı tərəfdaşlarla müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək səylərində son illərdə ən böyük addım ola bilər.


Airbus, BAE Systems və Leonardo tərəfindən birgə hazırlanmış Eurofighter “Typhoon”  hazırda Amerika F-16-larına əsaslanan Türkiyə Hərbi Hava Qüvvələrini əhəmiyyətli dərəcədə gücləndirə bilər. Ankara əvvəllər beşinci nəsil F-35 qırıcıları almağı planlaşdırırdı, lakin Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini aldıqdan sonra ABŞ bu müqaviləyə mane oldu. 

 

Məlumatda qeyd olunur ki, “Eurofighter” təyyarələrinin alınması  Türkiyənin beşinci nəsil qırıcısı KAAN təyyarələrinin  hava qüvvələrinin arsenalına daxil olması üçün körpü ola bilər. İlk KAAN tədarükləri 2028-2030-cu illərdə gözlənilir. Türkiyə artıq proqram üçün F-16-da istifadə olunan bir neçə Amerika GE F110 mühərriki alıb. Bundan əlavə, bu mühərriklərin Türkiyənin TEI zavodunda lisenziyalı istehsalı müzakirə edilir ki, bu da proqramı sürətləndirməli və Türkiyənin köhnə F-16-larını tədricən əvəz etməsinə kömək etməlidir.


Elcan

Missiya.Az




  • Bu gün, 14:15