AZ   |   RU
İŞİD terror təşkilatını maliyyələşdirməkdə şübhəli bilinən şəxs saxlanılıb


İŞİD terror təşkilatı üçün kriptovalyuta köçürmələrinə şərait yaratdığı və təşkilata maliyyə yardımı göstərdiyi səbəbilə Pakistanda saxlanılaraq Türkiyəyə gətirilən Ayşe Altun sövq edildiyi məhkəmə orqanları tərəfindən həbs edilib.

Missiya.Az
xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.


İstanbul Respublika Prokurorluğunun apardığı istintaq çərçivəsində terror təşkilatı İŞİD-in Xorasanda yüksək səviyyəli idarəetmədə olduğu və media qurumlarında da idarəçi kimi fəaliyyət göstərməsi iddiası ilə həbs edilən şübhəli Özgür Altunun həyat yoldaşı Ayşə Altun barəsində həbs qərarı çıxarılıb.


Qərar çərçivəsində Pakistanda tutularaq Türkiyəyə gətirilən Ayşe Altunun təşkilat adına kripto pul köçürmələrinə vasitəçilik edərək təşkilatın maliyyələşdirilməsinə kömək etdiyi müəyyənləşdirilib.



Polis bölməsindəki əməliyyatlardan sonra prokurorluğa aparılan Ayşe Altun sövq edildiyi Sülh Cəza Məhkəməsi tərəfindən həbs olunub.


Zərintac Mayisqızı
Missiya.Az



  • Bu gün, 14:04