“Baş nazir Nikol Paşinyan Tavuş vilayətindəki 6 kəndi Azərbaycana verəcək”.Missiya.Az xəbər verir ki, bu sözləri erməni polkovnik Boris Avaqyan “mamul.am” saytına açıqlamasında deyib.
Avaqyan ona Paşinyanın gələcək siyasi planları ilə bağlı çoxlu suallar verildiyini, bu səbəbdən bütün suallara cavab vermək qərarına gəldiyini deyib.
Polkovnik, Nikol Paşinyanın Tavuş vilayətindəki kəndlərin Azərbaycana təhvil verilməsi planından da danışıb.
O bildirib ki, Tavuşdakı kəndlər Azərbaycana təhvil verilməmişdən əvvəl sərhəddə vəziyyət gərginləşəcək.
Sitat: “Paşinyan və dostları sərhəddə gərginlik təşkil edəcəklər. Qarşıdurma nəticəsində ölən və yaralananlar olacaq. Sonra Paşinyanın parlamentdəki deputatları Tavuşdakı 6 kəndin Azərbaycana verilməsinə razı olub-olmadıqlarına dair səsvermə keçirəcəklər. Deputatlar təklifin leyhinə səs verəcəklər. Nəticədə həmin kəndlər Azərbaycana veriləcək”, - sitatın sonu.
Avaqyan Ermənistan müxalifətinin pərakəndə olduğunu və Paşinyanın kəndlərlə bağlı qərarına ciddi müqavimətin göstərilməyəcəyini deyib.
Sitat: “Müxalifət pərakəndədir. Digər tərəfdən xalqın onlara böyük inamı yoxdur. Ona görə də böyük küçə aksiyaları təşkil olunmayacaq. Yalnız hökumət binalarının qarşısında aksiyalar keçiriləcək və polis müdaxiləsindən sonra dağılacaqlar. Hava soyduğu üçün xırda aksiyalara da keçirilməyəcək”, - sitatın sonu. Polkovnikin sözlərinə görə, qış müddətində demarkasiya prosesi həyata keçiriləcək.
Sitat: “Paşinyan nəzarətində olan KİV-lər, sosial şəbəkələr vasitəsi ilə özünün uğursuzluğuna görə Rusiyanı günahlandıracaq. Elə təsəvvür yaradacaq ki, guya bütün baş verənlərə görə günahkar Rusiyadır. Zombilər isə Paşinyanın təbliğatına inanacaq və hər şeyə görə Putini günahlandıracaq”, - sitatın sonu.
Qeyd edək ki, 10 noyabr üçtərəfli bəyanatına əsasən Qazaxın işğal altında olan 7, Naxçıvanın isə 1 kəndi Azərbaycana təhvil verilməlidir. Amma Ermənistan hakimiyyəti müxtəlif bəhanələrlə prosesi uzadır, üçtərəfli bəyanatın şərtlərinə əməl etmir. Sərhədlərin müəyyənləşdirilməsi nəticəsində Qazaxın 7, Naxçıvanın 1 kəndi ilə yanaşı, işğal altında olan yollar, həmçinin Gürcüstan-Ermənistan dövlətlərarası magistralının sərhədyanı bölgədən keçən hissəsi Azərbaycanın nəzarətinə keçəcək.
Elvin
Missiya.Az