AZ   |   RU
“İsrail bu hücumla öz sonunu gətirdi” - İranın müdafiə naziri

"Sionist cinayətkarlar İran Silahlı Qüvvələrindən sarsıdıcı və təəssüf doğuran cavab gözləməlidirlər. Mülki yaşayış məntəqələri və günahsız ailələrin hədəfə alınması bu uşaq öldürən rejimin qəddar mahiyyətini bir daha ortaya qoyur".


Missiya.Az “IRNA”ya istinadən xəbər verir ki, bu sözləri İranın müdafiə naziri Briqada generalı Əziz Nəsirzadə deyib.


O bəzi iranlı komandirlərin şəhadətinin və son hücumların ölkənin müdafiə əzminə təsir etməyəcəyini bildirib:


“Şəhid yoldaşlarımızın və vətəndaşlarımızın ağrıları böyük olsa da, bu hadisələr İran Silahlı Qüvvələrinin iradəsini və hazırlığını heç bir şəkildə zəiflətməyəcək”, - deyə siyasətçi vurğulayıb.


Nazir Nəsirzadə İsrailin həyata keçirdiyi hərəkətlərin uzunmüddətli perspektivdə öz sonunu gətirəcəyini qeyd edib: 


"Sionist rejimin törətdiyi cinayətlər bu mənfur quruluşun ömrünü qısaldacaq və İranın qətiyyətli mövqeyini və hücum gücünü daha da artıracaq. İran bütün imkanları ilə əməliyyat qüvvələrini dəstəkləməyə hazırdır", - deyə nazir əlavə edib.



Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 12:54