AZ   |   RU
Tramp sübut etdi ki, ona ciddi yanaşmaq lazımdır - ABŞ Dövlət Departamenti

“Bəzi insanlar ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı səbrini yanlış şərh etmiş ola bilər”.


Missiya.Az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus brifinq zamanı sülh sazişinin bağlanması üçün nəzərdə tutulan müddətin 10 günə endirilməsini şərh edərkən deyib. 


Onun sözlərinə görə, Tramp sübut edib ki, ona ciddi yanaşmaq lazımdır, çünki Ağ Ev rəhbərinin sülh səylərinin nəticəsini artıq bütün dünyada görmək mümkündür:


"O, səbirli idi və ola bilsin ki, bəzi insanlar bunu səhv şərh ediblər, amma məncə, yanlış şərhlərin vaxtı artıq bitib”, - deyə Bryus əlavə edib.


Xatırladaq ki, bir müddət öncə Tramp müharibəni bitirmək üçün Rusiyaya verdiyi əvvəlki 50 günlük ultimatumu 10-12 günə endirib.



Daşqın Həsənov

Missiya.Az




  • Dünən, 07:27