AZ   |   RU
Rusiyada güclü zəlzələ, ardınca sunami..

Rusiyanın Kamçatka diyarında(yarımada) 1952-ci ildən bəri ən güclü zəlzələ olub. 


Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofiziki Tədqiqatlar Federal Tədqiqat Mərkəzinin Kamçatka bölməsi Telegram kanalında məlumat yayıb.


Qeyd olunur ki, Kamçatka seysmik fokus zonasında baş verən təkanların maqnitudası 8,7-yə çatıb. Alimlərin fikrincə, Kamçatkada klassik subduksiya zəlzələsi baş verib və onun mənbəyini müəyyən etmək “sürprizlər gətirməyəcək”.


Zəlzələdən sonra sakinlərə gələcəkdə mümkün təkrar təkanlara görə Avaça körfəzinin sahillərinə getməmək tövsiyə olunub.


Kamçatka sakinləri iyulun 30-da yeraltı təkanlar hiss ediblər, sonra zəlzələ Saxalin vilayətində qeydə alınıb. Sonradan, ilk sunami dalğaları Kamçatka və Saxalin bölgəsini vurub.


Elcan

Missiya.Az



  • Dünən, 08:52