AZ   |   RU
Bu ay Kahramanmaraşda Azərbaycan Məhəlləsinin açılışı olacaq

 

Bu ay Kahramanmaraşda Azərbaycanın bərpa etdiyi məhəllənin açılışı olacaq.

Missiya.Az "Report"-a istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün jurnalistlərə açıqlamasında deyib.

Səfir vurğulayıb ki, Türkiyə-Azərbaycan münasibətləri yüksək səviyyədə davam edir:

“Bu ay Kahramanmaraşda prezidentlərin iştirakı ilə Azərbaycan Məhəlləsinin açılışı nəzərdə tutulur. Ancaq dəqiq tarix hələ bəlli deyil”.




  • Dünən, 11:01