AZ   |   RU
Türkiyə heç kimin edə bilmədiyi rolu təmin edib - Yunan mətbuatı

Türkiyə diplomatik nəhəngə çevrilir, Yunanıstanın isə geosiyasi şahmat taxtasında heç bir rolu və mövqeyi yoxdur.


Missiya.Az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatında yazı dərc edilib.


Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vasitəçi gücə çevrilib və Ankara heç bir ölkənin vasitəçilik yolu ilə əldə edə bilmədiyi rolu təmin edib.


“Türkiyənin qlobal diplomatiyadakı uğurları Yunanıstanı dərindən sarsıtmağa davam edir”, - deyə vurğulanıb.


Yunan mətbuatı Türkiyənin Suriya, Liviya və Rusiya-Ukrayna gərginliyində oynadığı rola diqqət çəkərək, qeyd edib ki, Türkiyə həm Moskva, həm də Kiyevlə münasibətlərini qoruyub saxladı və bölgədə heç bir ölkənin əldə edə bilmədiyi bir rolu təmin etdi.


"İnkişaflar Yunanıstanın güclü alternativ kanallara malik olmadığını və yeni mühitə uyğunlaşma mexanizmlərini işə salmadığını ortaya qoyur. Türkiyənin geosiyasi yüksəlişi Yunanıstanın kritik cəbhələrdə hərəkətsizliyi ilə müşayiət olunur. Ankara əsas ölkələrlə münasibətləri bərpa etmək üçün hər fürsətdən istifadə etsə də, Afina aşağı intensivlikli diplomatik addımlarla məhdudlaşır", - deyə əlavə olunub.

 


Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 12:55