AZ   |   RU
Ermənistan və İraq Prezidentləri regional hadisələri müzakirə edib

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan iraqlı həmkarı Əbdül-Lətif Camal Rəşid ilə görüşüb.


Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, görüş Fransada baş tutub.


Bildirilib ki, görüş zamanı Ermənistan-İraq ikitərəfli münasibətlərinin gündəliyinə aid bir sıra məsələlər müzakirə olunub. 


Məlumata görə, Xaçaturyan və Əbdül-Lətif Camal Rəşid bundan əlavə regional hadisələr barədə də fikir mübadiləsi aparıblar.

 


Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 12:46