AZ   |   RU
Gəncədə yol qəzası nəticəsində bir nəfər xəsarət alıb


Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. 



Missiya.Az APA-ya istinadən xəbər verir ki, qəza şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan iki “VAZ” markalı minik avtomobili toqquşub. 


Nəticədə sürücülərdən biri – 1997-ci il təvəllüdlü O.Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.



  • 10-06-2025, 20:43