AZ   |   RU
Ərdoğan: Füzulidən sonra Laçında hava limanının açılması böyük addımdır



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçında beynəlxalq hava limanının açılmasının Azərbaycan üçün xeyirli olmasını diləyib.

Missiya.Az Report-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti jurnalistlərə açıqlamasında deyib:

“Yeni açılan Laçın Beynəlxalq Hava Limanın Azərbaycan üçün xeyirli olmasını diləyirəm. Füzulidən sonra Laçında hava limanının açılması böyük addımdır. Belə möhtəşəm bir işə şahid olmaq çox gözəldir”.




  • 28-05-2025, 13:54