AZ   |   RU
Şri-Lanka XİN Azərbaycanı təbrik edib


Şri-Lanka Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.


Missiya.Az xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Şri-Lanka xalqı və hökuməti adından Azərbaycan xalqına və hökumətinə bu sevincli bayram münasibətilə ən xoş arzularımızı və səmimi salamlarımızı çatdırırıq", - paylaşımda bildirilib.




  • Dünən, 10:28