AZ   |   RU
“Rusiya Ermənistanın suveren ərazisinin müdafiəsində İrəvanla əməkdaşlığa hazırdır” - Lavrov

“Rusiya Ermənistanla bütün mümkün yollarla, xüsusən də suveren ərazisinin müdafiəsində əməkdaşlığa hazırdır”. 


Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan Xarici İşlər Nazirliyində keçirilən geniş iclasda çıxışı zamanı deyib.


"Rusiya hələ də hesab edir ki, Ermənistan üçün strategiyanın əsas istiqamətlərindən biri təhlükəsizlikdir və biz Ermənistanla bütün mümkün yollarla, xüsusən də onun suveren ərazisinin qorunmasında əməkdaşlığa hazırıq", - deyə siyasətçi vurğulayıb.


Lavrov həmçinin qeyd edib ki, Rusiya Ermənistan iqtisadiyyatının əsas tərəfdaşı və sərmayəçisi, enerji və istehsal təhlükəsizliyinin etibarlı təminatçısıdır.


"Hökumətlərarası komissiyanın işi Ermənistan və Rusiya Federasiyasının idarəetmə sistemi və biznesi üçün inkişaf vektorunu təmin edir. Keçən ilin nəticələri həqiqətən təsiredici idi və biz irəli getmək üçün onlara əsaslanmalıyıq", - deyə siyasətçi əlavə edib.


Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində əməkdaşlığa toxunan Lavrov bəyan edib ki, bu struktur getdikcə daha effektiv özünü təmin edir, eləcə də qlobal bazarların turbulentliyində dayanıqlıq və səmərəlilik nümayiş etdirir.


“Biz Ermənistanın həm Şanxay, həm də BRİKS əməkdaşlığı çərçivəsində inkişaf edən perspektiv proseslərə cəlb olunmasında maraqlıyıq”, - deyə rusiyalı nazir əlavə edib.

 

 

Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 12:15