AZ   |   RU
ABŞ İrana qarşı sanksiyaları genişləndirib

Vaşinqton nüvə sazişi üzrə dolayı danışıqların davam etməsinə baxmayaraq, İrana qarşı sanksiyaları genişləndirib. 


Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.


Sanksiyalar üç şəxs və bir təşkilata qarşı tətbiq edilib.  


Bu təşkilat 2004-cü ilə qədər İranın nüvə silahı proqramının birbaşa varisi olan İranın Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı (SPND) ilə əlaqəlidirlər.



Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 15:38