AZ   |   RU
"Yuventus"un futbolçusu cəzalandığı üçün mövsümün son iki oyununda iştirak edə bilməyəcək


"Yuventus" klubunun futbolçusu Pyer Kalulu İtaliya A Seriyasının XXXVI turunda "Latsio"ya qarşı keçirilən oyunda (1:1) qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb. 



Missiya.Az "Report"a istinadən xəbər verir ki, futbolçu matçın 60-cı dəqiqəsində qeyri-idman hərəkətinə yol verdiyi üçün meydandan qovulub.

Bununla da, Kalulu mövsümün son iki turunda - "Udineze" və "Venesiya" komandalarına qarşı baş tutacaq görüşlərdə iştirak edə bilməyəcək.

Qeyd edək ki, fransalı futbolçu müqavilə əsasında "Milan"a məxsusdur və Turin klubunda icarə əsasında forma geyinir.




  • Dünən, 19:44