AZ   |   RU
Rütte: Rusiya-Ukrayna münaqişəsində sülh üçün real imkan pəncərəsi açılıb


NATO-nun baş katibi Mark Rütte Ukrayna münaqişəsində “sülhə doğru irəliləyiş üçün real imkan pəncərəsinin” yarandığını bəyan edib. 



Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə o, “X” hesabında paylaşım edib. 


Rütte bildirib ki, NATO sammitinə hazırlıq çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirib. 


“Türkiyə NATO-nun etibarlı və güclü müttəfiqidir. Görüş zamanı, həmçinin, Ukraynadakı vəziyyəti müzakirə etdik. Orada sülhə doğru irəliləyiş üçün real bir imkan pəncərəsi açılıb”, – deyə NATO baş katibi vurğulayıb.



  • Bu gün, 20:48