AZ   |   RU
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib



Paytaxtda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.

Missiya.Az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, mərkəzin əməkdaşları tərəfindən bütün məlumat sürət tablolarında "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.




  • Dünən, 21:19