AZ   |   RU
Paşinyan Moskvada Kremlin etimadını doğrultmağa çalışacaq - Erməni mətbuatı

Mayın 9-da MDB-yə üzv dövlətlərin başçıları Moskvada İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş şənliklərdə iştirak edəcəklər, lakin Ermənistanın Baş naziri Nikol Paşinyanın səfərinin təfərrüatları gizli saxlanılır.


Missiya.Az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazı dərc edib.


Bildirilib ki, Paşinyan Moskvada gecələməyə hazırlaşır və xarici siyasət məsələlərini pərdəarxası həll etməyə çalışacaq.


“Xüsusən də Moskvanın və Kremlin etimadını qaytarmağa çalışacaq”, - deyə vurğulanıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 10:14