AZ   |   RU
İran Milli Bankının Bakı filialı fəaliyyətini bərpa etdi

İran Milli Bankının Bakı filialı yenidən fəaliyyətini bərpa etdi. 


Missiya.Az “Mehr News”a istinadən xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkianın Bakı səfərinin ardınca Azərbaycan dövlət başçısı İlham Əliyevin razılığı və birbaşa göstərişi ilə İran Milli Bankının Bakı filialı yenidən fəaliyyətə başlayıb. 


Bildirilib ki, bu, iki ölkə arasında ticarət əlaqələrinin inkişafında müsbət addımdır və Azərbaycandakı iranlı iş adamları üçün şad xəbərdir. 


Qeyd olunub ki, bu həm də Pezeşkianın Bakı səfərinin konkret iqtisadi nəticələrindən biri kimi diqqət çəkir. 


Xatırladaq ki, iki il öncə Azərbaycan Mərkəzi Bankı İran Milli Bankının Bakı filialının fəaliyyətini məhdudlaşdırıb. Belə ki, tənzimləyici qurum kredit təşkilatına məktub göndərib və hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının dayandırılmasını istəyib.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 10:06