AZ   |   RU
Pentaqon rəhbəri İranı hədələyib - “Tehran ABŞ-nin nəyə qadir olduğunu çox yaxşı bilir”

ABŞ-nin müdafiə naziri Pit Heqset İrana Tehranın husilərə dəstəyinin hərbi nəticələri barədə xəbərdarlıq edib.


Missiya.Az xəbər verir ki, bu barədə Pentaqon rəhbəri özünün “X” sosial media hesabında paylaşım edib.


"İranın husilərə ölümcül dəstəyini görürük. Biz sizin nə etdiyinizi dəqiq bilirik", - deyə siyasətçi vurğulayıb.


O, əlavə edib ki, İran tərəfi ABŞ ordusunun nəyə qadir olduğunu çox yaxşı bilir və sizə xəbərdarlıq edilib.


Heqset bildirib ki, İran tərəfi Yəmən husilərinə verdiyi dəstəyin nəticələri ilə üzləşəcək.


Qeyd edək ki, Pentaqon rəhbərinin belə sərt bəyanatı İranın nüvə proqramı ilə bağlı ölkələr arasında danışıqların bərpası fonunda gəlib.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 09:58