AZ   |   RU
“Ermənistan və Azərbaycan arasında danışıqlar dalana dirənməyib” - Simonyan


“Ermənistanla Azərbaycan arasında danışıqlar dalana dirənməyib və müzakirələr davam edir”.


Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə müsahibəsi zamanı məlumat verib.


"İndi elə bir vəziyyət yaranıb ki, razılaşdırılmış sənəd var. Mən Sankt-Peterburqda Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə də qısa təkbətək söhbət etdim. Düşünürəm ki, heç bir dalana dirənməkdən söhbət gedə bilməz. İştirak etdiyimiz prosesin ən qısa zamanda başa çatması Azərbaycan tərəfi üçün də faydalıdır", - deyə siyasətçi vurğulayıb.


Onun sözlərinə görə, danışıqlar dalana dirənməyəcək və müharibə ehtimalı heç bir şəkildə artmayacaq:


“Biz sülh gündəliyimizi reallaşdırmaq üçün hər şeyi etməliyik”, - deyə Simonyan bildirib.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 15:23