AZ   |   RU
Ukrayna ordusunun Kurskdakı itkiləri açıqlanıb

Ukrayna ordusu son sutka ərzində Rusiyanın Kursk vilayətində 160-dan çox hərbçisini itirib.


Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, bununla da Ukraynanın Kursk istiqamətindəki itkilərinin sayı 75 min 540 nəfəri keçib.


Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələrinin bölgədə 412 tankı, 336 piyada döyüş maşını, 311 zirehli transportyor və 2283 zirehli döyüş maşını məhv edilib.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 15:17