AZ   |   RU
“Pezeşkianın Azərbaycana səfəri çox vacibdir” - İran hökumətinin sözçüsü

“İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri çox vacibdir”.


Missiya.Az xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani jurnalistlərə müsahibəsi zamanı deyib.


“Gələn həftə Pezeşkian Azərbaycana səfər edəcək və bu həm mühüm səfərdir, həm də iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasına yönəlib. Bu, ölkələr arasında müxtəlif münasibətlərin, o cümlədən diplomatik və iqtisadi əlaqələrin genişləndirilməsinə kömək edəcək məsələlərin gündəmə gətirilməsi və müzakirələrin aparılması üçün bir fürsətdir", - deyə siyasətçi vurğulayıb.


Xatırladaq ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Pezeşkianın aprelində sonunda Azərbaycana səfər edəcəyini bildirib.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:23