AZ   |   RU
Ermənistan parlamentində deputatlar arasında dava düşüb


Ermənistan parlamentində hakim “Mülki müqavilə” partiyasının üzvləri ilə müxalifət qüvvələri arasında kütləvi dava olub.


Missiya.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.


Bildirilib ki, Ermənistanda fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin verilməsi müddətinin uzadılması haqqında qanun layihəsinin müzakirəsi zamanı əlbəyaxa dava olub. 


Məlumata görə, hakim partiyanın nümayəndəsi Babken Tunyanın çıxışı zamanı müxalifətdən qışqırıqlar başlayıb.


Qeyd olunub ki, daha sonra şifahi mübahisə iqtidarla müxalifət arasında əlbəyaxa davaya çevrilib. Parlamentin iclası dayandırılıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:14