AZ   |   RU

SOCAR-dan itkin düşən əməkdaşı ilə bağlı RƏSMİ AÇIQLAMA


“Həmkarımız Namazov Mürsəl Həsənəli oğlu Neft Daşlarında itkin düşüb. Mürsəl Namazov dekabrın 1-i gecə növbəsində işləyərkən, sonuncu dəfə saat 5:45 radələrində iş yerində görünüb. Daha sonra onu görən olmayıb”.

Missiya.Az
xəbər verir ki, bu barədə Oxu.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

Onun sözlərinə görə, meydançanın perimetri boyu, eləcə də onun yaşadığı yataqxanada axtarış aparılıb, axtarış işlərini davam etdirmək üçün sahəyə dərhal gəmilər və dalğıclar çağırılıb:

“Dəniz üzərindən uçan helikopterlərə də dənizin səthini daim nəzarətdə saxlamaq göstərişi verilib. Dünən hava şəraiti və dənizdə küləyin güclənməsi ilə əlaqədar axtarış işləri məcburən dayandırılsa da, hazırda dənizdə axtarış işlərinin davam etdirilməsinə cəhd olunur.

1972-ci il təvəllüdlü Namazov Mürsəl Həsənəli oğlunun vəzifəsi elektrik montyorudur, ailəlidir, iki oğlu var. Həmkarlarımız itkin düşənin ailəsinin yanındadır, onlara mənəvi dəstək göstərməyə çalışırlar. İtkin düşən həmkarımızın ailəsinə Allahdan ümid və səbr diləyirəm. Axtarış davam edir”.


Baxış sayı: 35
  • 3-12-2021, 09:50