AZ   |   RU
“İrəvanla Bakı arasında sülh müqaviləsi imzalanmalıdır” - Fransa XİN rəhbəri

“Ermənistan və Azərbaycan arasında razılaşdırılmış sülh mətni imzalanmalıdır”.


Missiya.Az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot bu gün Lüksemburqda keçirilən iclas zamanı deyib.


O, Ermənistan və Azərbaycan sərhədindəki gərginliyə toxunaraq bildirib:


“Ümid edirəm ki, Avropa İttifaqının (Aİ) Ermənistandakı Müşahidə Missiyası bu gərginliyin qarşısını almağa töhfə verə biləcək”, - deyə siyasətçi vurğulayıb.


Barrot qeyd edib ki, Avropa missiyası vəziyyəti effektiv şəkildə izləmək və bu gərginliyi cilovlamaq üçün gücləndirilə bilər. 

 


Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 15:32