AZ   |   RU
Aİ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri İranın yeddi fiziki və iki qurumuna qarşı sanksiyaları təsdiqləyib. 


Missiya.Az xəbər verir ki, yeni sanksiyalar İranın Avropa vətəndaşlarını və Avropa-İran ikili vətəndaşlığı olanları girov götürməsinə cavabdır. 


Bildirilib ki, sanksiya tətbiq edilən şəxslər arasında Tehran Evin həbsxanasının rəhbəri, bir neçə hakim və digər ədliyyə rəsmiləri var. Eləcə də, Şirazın mərkəzi zindanı sanksiyaya məruz qalan iki müəssisədən biridir. 


Qeyd olunub ki, yeni sanksiyalar İrana son illərdə ikili vətəndaşlara və Avropa vətəndaşlarına qarşı rəftarına görə ona qarşı beynəlxalq təzyiqlərin davamı olaraq tətbiq edilib. 



Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 15:04