AZ   |   RU
“Ukrayna ABŞ-dən 100 milyard dollar yardım alıb” - Zelenski

“Ukrayna ABŞ-dən ümumilikdə 100 milyard dollar yardım alıb”.


Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “CBS News” telekanalına müsahibəsi zamanı məlumat verib.


"Biz faktiki olaraq ABŞ-dən təxminən 100 milyard dollar yardım almışıq. Bu pulun bir hissəsi texnikanın daşınmasına xərclənib ki, onu da Amerikanın nəqliyyat şirkətləri alıb. Bundan əlavə, ABŞ-nin ayırdığı maliyyədən çoxlu pul Avropada qalıb. Ukraynaya 65-67 milyard dollar pul daxil olub ki, həmin vəsaitdə silah alınmasına xərclənib”, - deyə siyasətçi vurğulayıb.


Zelenski ABŞ xalqına ciddi dəstəyə görə yalnız təşəkkür etdiyini bildirib.


Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl ölkəsinin Ukraynaya 350 milyard dollar vəsait ayırdığını iddia edib.



Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 12:36