AZ   |   RU
Xalq yazıçısı Çingiz Abdullayevin doğum günüdür

Detektiv yazıçı, nasir, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib.

Missiya.Az 
xəbər verir ki, nasir dördüncü nəsil hüquqşünaslar nəslindəndir. Ata tərəfdən onun ulu babası hələ 1890-cı illərdə Bakıda vəkil köməkçisi olub. Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olub, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışıb.

Ç. Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirib(1976). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirib(1976–1981).

Ədəbi fəaliyyətə tələbəlik dövründən başlayıb. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır, İngilis və italyan dillərində sərbəst danışır.

Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb. 200-dən çox kitabın müəllifidir, kitabları dünyanın 32 dilinə tərcümə edilərək çap olunub.


Xidmətlərinə görə "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif edilib.

Yazıçının ilk böyük əsəri — "Mavi mələklər" romanı 1988-ci ildə Bakıda işıq üzü görüb. Sonralar trilogiya — "Əclafların qanunu", "Əclafların əqidəsi" və "Əclafların vicdanı"[9] nəşr olunub. Publisistin ssenarilərinin əksəriyyəti Azərbaycan dilində yazılıb.




Zərintac Mayisqızı
Missiya.Az



  • Dünən, 10:44