AZ   |   RU
“Rusiya ABŞ-nin atəşkəs təklifini qəbul etməyəcək” - Sobolev


“30 günlük atəşkəs yalnız ABŞ-yə Ukraynanı yenidən silahlandırmağa və hərbi əməliyyatları yeni güclə bərpa etməyə imkan verəcək”.


Missiya.Az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Viktor Sobolev deyib. 


Qeyd edək ki, bundan əvvəl Kiyev ABŞ-nin Ukrayna və Amerika nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında keçirilən görüşündən sonra əldə olunan müvəqqəti atəşkəs təklifi ilə razılaşıb.


Xatırladaq ki, danışıqlardan sonra ABŞ dövlət katibi Mark Rubio müxtəlif kanallar vasitəsilə Rusiya tərəfinə dərhal 30 günlük atəşkəs rejiminin yaradılması təklifinin təqdim ediləcəyini açıqlayıb.

 

 

Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 10:11