AZ   |   RU
Serj Sarkisyana qarşı ağır ittihamlar irəli sürüldü – ölkədən çıxması yasaqlandı



Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana qarşı yeni cinayət işi açılıb. 

 

Missiya.Az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyası Baş Prokurorluğa istinadən  məlumat yayıb.

 

İsakov prospekti və Yerablur hərbi panteonuna bitişik torpaq sahələrinin qanunsuz olaraq özəlləşdirilməsi  ilə bağlı başlanan cinayət işində Sarkisyana qarşı xüsusilə  külli miqdarda mənimsəmə, külli miqdarda çirkli pulların yuyulması və üç digər maddələrlə ittihamı irəli sürülüb.

 

Sərkisyana qarşı qətimkan tədbiri kimi ölkədən çıxmamaq barədə yazılı öhdəlik seçilib.

 

Sarkisyan həmçinin dövlət büdcəsindən təxminən yarım milyard dramın oğurlanmasını təşkil etməkdə ittiham olunur.

Elcan

Missiya.Az

 

 




  • Bu gün, 14:34