AZ   |   RU
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

 "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə martın 18-də əlavə qatar reysləri təyin edir.


Missiya.Az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.


Məlumata görə, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkündür.


"Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz", - deyə məlumatda qeyd edilib.



  • Bu gün, 14:57