AZ   |   RU
Tramp və Putin tezliklə telefon danışığı həyata keçirə bilər - Kreml

“Ciddədə ABŞ-Ukrayna danışıqlarından sonra zərurət yaranarsa, Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı çox tez təşkil olunacaq”.


Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib.


"Biz həmçinin istisna etmirik ki, ən yüksək səviyyədə telefon danışığı mövzusu yarana bilər. Belə bir ehtiyac yaranarsa, bu, çox tez təşkil olunacaq. Amerikalılarla mövcud dialoq kanalları bunu kifayət qədər qısa müddətdə etməyə imkan verir", - deyə siyasətçi bildirib.


Qeyd edək ki, ötən gün Tramp tezliklə Putinlə telefonla danışacağını bəyan edib.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:34