AZ   |   RU
Türkiyənin məşhur aparıcısının 3 ilə qədər həbsi istənilir

Türkiyənin məşhur aparıcısı və şoumeni Mehmet Ali Erbilin “qanunsuz mərc oyunları reklamı və həvəsləndirmə” maddəsi ilə mühakimə olunduğu iş üzrə məhkəmə iclası keçirilib.

Missiya.Az xəbər verir ki, məşhurun hökmü açıqlanıb.

İstanbul Ədliyyəsində keçirilən prosesdə Erbil və vəkilləri iştirak edib. Prokuror aparıcıya 3 ilə qədər həbs cəzası istəyib. Özünü müdafiə edən aparıcı otel açılışı üçün müğənni Serdar Ortaçla birlikdə Maltaya dəvət olunduqlarını, qanunsuz mərc reklamlarının verildiyi canlı yayıma çəkilməyə çalışıldıqlarını söyləyib. İşin mahiyyəti ilə bağlı fikirlərini açıqlayan dövlət ittihamçısı təqsirləndirilən şoumenin 1 ildən 3 ilə qədər həbs və 3000 günə qədər məhkəmə cəriməsi tələb edib.

Təqsirləndirilən şəxslərin vəkilləri rəyə qarşı ifadə vermək üçün vaxt istəyiblər.

İclas martın 11-nə təxirə salınıb.



Zərintac Mayisqızı
Missiya.Az




  • 27-02-2025, 12:55