AZ   |   RU
İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb

 

İnsult keçirən Xalq artisti Fatma Mahmudovanın səhhəti yaxşılaşıb, palataya köçürülüb.

Bu barədə Missiya.Az-a aktrisanın qızı Nigar Tofiq məlumat verib.

Onun sözlərinə görə, anası artıq palata şəraitində müalicə alır: "Yəqin ki, yaxın zamanlarda evə buraxılacaq".

Qeyd edək ki, Xalq artisti Fatma Mahmudova yanvarın 29-da insult keçirərək özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.




  • Bu gün, 17:05