AZ   |   RU
Hikmət Hacıyev: “Sülh müqaviləsinin bağlanmasında iddialıyıq”
“Təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağ münaqişəsi dövründə problemin həlli üçün bir iş görə bilmədi”. 

Bunu VIII Qlobal Bakı Forumunun panel müzakirələrində prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycan Zəngəzur dəhlizinin açılmasına çalışır.
“Bu dəhliz yeni imkanlar açacaq”, - deyə o əlavə edib.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan sülh müqaviləsinin bağlanması təklifini irəli sürüb, bunu danışıqlar masasına daşıyıb.

“Biz Ermənistanla sülh müqaviləsinin bağlanmasında çox iddialıyıq”, - deyə Hikmət Hacıyev bildirib.

  • 6-11-2021, 10:28