AZ   |   RU
Türkiyə səfiri: “Regionda birlikdə yaşamağın şərtləri yerinə yetirilməlidir”
 
“Qarabağ Zəfərinin birinci ildönümü ədalətin təmin olunmasının göstəricidir”.

Missiya.Az
xəbər verir ki, bunu açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı deyib.

O bildirib ki, Azərbaycan BMT Təhlükəslik Şurasının qətnamələrinə uyğun olaraq öz ərazi bütövlüyünü təmin edib.

Diplomat vurğulayıb ki, Türkiyə bu prosesə mənəvi və siyasi dəstək göstərib: “Bundan sonra regionun potensialını birlikdə qiymətləndirməkdə fayda var. Cənab Prezidentin də dediyi kimi, bundan sonra sülhü müzakirə etməliyik. Birlikdə yaşamağın şərtləri yerinə yetirilməlidir. Qarabağ Zəfərinin birinci ildönümü ilə bağlı olaraq bir daha cənab Prezident İlham Əliyevi, qazilərimizi, Azərbaycan xalqını təbrik edirəm”.

  • 4-11-2021, 13:00