Qəbul etdiyimiz qidalar vücudumuzun istənilən nöqtəsinə təsir göstərdiyi kimi saçlardan da yan keçmir. Saçlarımızın sağlamlığının pozulması psixoloji amillərlə yanaşı, yanlış yeməklərdən yaranır.
Bəs hansı məhsulları istehlak etsək, sağlam saçlara sahib olarıq? Araşdırmamızı təqdim edirik:
1. Qızıl balıq - Saça müsbət təsir edən qidalar arasında birinci yerdə durur. D vitamini və zülalla zəngin olduğu üçün saçın inkişafına inanılmaz təsir göstərir;
2. Qoz - tərkibində olan E vitamini və biotin hüceyrələrin zədələnməsinin qarşısına alır. Biotin əskikliyi saç tökülməsinə səbəb olduğu üçün gündə bir ovuc qoz qəbul etsəniz, saçlarınız daha da güclənər;
3. Yumurta - zülalla bol olan yumurta həm də minerallarla zəngindir. Yumurtanın tərkibində sink, kükürd, dəmir olmasına baxmayaraq bunlardan ən əhəmiyyətlisi dəmirdir. Belə ki, dəmir oksigeni saçın hüceyrələrinə daşımaq baxımından xüsusilə önəmlidir;
4. İspanaq - Dəmir mənbəyidir, bu baxımdan bol-bol istifadə etməkdə fayda var;
5. Hind toyuğu - tərkibindəki yüksək zülal saçlarınızın düşündüyünüzdən də artıq sağlam görünməsini təmin edəcək. Zülalın az olması saçların qırılmasına və tökülməsinə səbəb olar;
6. Kök - A vitamini ilə zəngin olduğu üçün saç dərisinə müsbət təsir göstərir. Avokado saç uzanmasında faydalıdır. Sağlam yağların sağlam saçlar üçün vacib olduğunu söylənilir. Orqanizmimiz özbaşına omeqa-3 yağ turşularını istehsal edə bilmir, ona görə də bu yağları pəhrizimizlə əldə etməliyik;
7. Avokado - özündə E və B vitaminlərini ehtiva edir. Əla protein mənbəyi olan lobya saçlara çox faydalı hesab olunur. Paxlalılar saçları gücləndirən vitaminlər, sink, biotin və dəmir kimi minerallarla zəngindir;
8. Sitrus meyvələri - sağlamlığa əhəmiyyətli faydaları olan C vitamini mənbəyidir. Həmçinin, bu qidalar saç uzanması üçün xüsusilə xeyirlidir.
Qida məhsullarında əlavə şampununuza 1 qaşıq soda əlavə edib saçlarınızı yuya bilərsiniz. Habelə 1 çay qaşığı sodaya 3 çay qaşığı su əlavə edib saç maskası kimi istifadə edin.
Zərintac Mayisqızı
Missiya.Az